Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın İrəvanda keçirilən "Avronest" Parlament Assambleyasının 12-ci plenar sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə deyilib.