AZ

Ermənistanda Rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlməsi bölgədə ciddi gərginliklərə gətirib çıxara bilər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ermənistanda baş nazir Nikol Paşinyanın rəqibi məlum olub. Bu barədə Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan məlumat verib. Deputat gələn il keçiriləcək parlament seçkiləri ilə bağlı danışarkən həmin ismin adını açıqlayıb. Sitat: “Bu gün biz Masis şəhərinin meri, müxalif “Şərəfim var” blokunun parlament fraksiyasından baş nazir postuna namizəd olan David Ambarsumyanı İrəvan beynəlxalq hava limanı Zvartnotsda qarşılayacağıq”.David Ambarsumyanın seçilməsi Azərbaycanla münasibətlərə necə təsir edə bilər?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan bloku David Ambarsumyanı dəstəkləməklə bağlı verdiyi bəyanat onu göstərir ki, Ermənistan blokunun özünün də daxilində ciddi şəkildə baş nazirliyə namizəd sıxıntısı var: “Bu şəxsin namizədliyi Serj Sarkisyanın bloku tərəfindən irəli sürülərkən “Hayastan” blokunun nümayəndələri onu dəstəkləməklə bağlı qərar verməmişdilər. Və bununla bağlı hələ müzakirələrin getdiyi söylənilir.”

Oqtay Qasımov

Politoloqun fikrincə, əyalət səviyyəli bir siyasətçinin baş nazirliyə namizədliyinin dəstəklənməsi Ermənistanda siyasi müxalifətin vəziyyətinin hansı səviyyədə olduğunu göstərir.

“Nəzərə alsaq ki, bu müxalifət bir il öncə keşiş Baqratın da baş nazirliyə namizədliyi ilə bağlı tələbi uğursuzluqla nəticələndi. Bu baxımdan David Ambarsumyanın bu seçkilərdə açıqcası Nikol Paşinyana ciddi alternativ təşkil edəcəyini düşünmürəm.

Amma Ermənistanda siyasi durum ciddi şəkildə dəyişərsə və gözlənilməz nəticələr olarsa və bu şəxs Ermənistanın baş naziri olarsa, bu, Rusiyanın seçkilərdə qələbəsi demək olacaq”-deyən politoloq  Oqtay Qasımov qeyd edib ki, bu qüvvələr revanşist qüvvələr hesab edilir və bu qüvvələr sülh prosesini əngəlləmək üçün müəyyən addımlar atırlar, Ermənistanda Rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlməsi bölgədə ciddi gərginliklərə gətirib çıxara bilər.

Politoloqun fikrincə, Azərbaycana qarşı hansısa təhdid və təhlükə baş verərsə, buna cəhd olarsa, Azərbaycan buna ən sərt şəkildə cavab verəcək.

Oqtay Qasımov qeyd edib ki, revanşistlər hakimiyyətə gələrsə, onların Tramp dəhlizi ilə bağlı mövqeyi necə olacaq, pozacaqlarsa nəticəsi necə olacaq, bunlar ritorik suallardır.

“Hazırda Paşinyanın davranışları və Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsi onu göstərir ki, məhz cəmiyyətin əhəmiyyətli hissəsi bu siyasi qüvvələrin arxasınca getməkdə maraqlı deyil. Onlar nəhayət Ermənistanın sülh şəraitində yaşamasını istəyirlər”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
bizimyol.info

1Mənbələr