AZ

Cəbrayılda Şəfəq GES-ə çıxışı təmin edən avtomobil yolu salınır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Hacıqabul-Bəhrəmtəpə-Erministan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan "Şəfəq" Günəş Elektrik Stansiyasına gedən avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir.

TurkicWorld-un Qarabağ bürosu xəbər verir ki, yolun ümumi uzunluğu 11,5 kilometrdir.

Bildirilir ki, iki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.

Seçilən
11
47
turkic.world

10Mənbələr