AZ

“Azneft”: Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

İB-dən AZƏRTAC-a bildiriblər ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

“Bütün sahələrdə müvafiq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, - deyə məlumatda bildirilir.

 

Seçilən
83
4
azertag.az

5Mənbələr