AZ

Simonyan TRIPP layihəsindən DANIŞDI KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan parlamentinin sədri Alen Simonyan Yerevanda keçirilən Avronest Parlament Assambleyasının 12-ci plenar iclasında çıxışı zamanı TRIPP layihəsinin regionda nəqliyyat və enerji əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

KONKRET.az xəbər verir ki, Simonyanın sözlərinə görə, layihə təkcə dəmir yolu əlaqələrinin genişləndirilməsini deyil, həm də avtomobil yollarının, boru kəmərlərinin, elektrik ötürücü xətlərin və rabitə kabellərinin tikintisini nəzərdə tutur.

Məlumatda qeyd olunur ki, söhbət Ermənistan ərazisindən keçəcək 42 kilometrlik Zəngəzur dəhlizi üzrə planlaşdırılan hissədən gedir. Layihə həyata keçiriləcəyi təqdirdə, bu region ölkələri arasında iqtisadi və logistika əlaqələrinin güclənməsinə şərait yaradacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
konkret.az

2Mənbələr