AZ

"Tiktok" ikinci rübdə Azərbaycanda 880 mindən çox videonu silib

"Tiktok" ikinci rübdə Azərbaycanda 880 mindən çox videonu silib

“TikTok” bu ilin ikinci rübündə Azərbaycanda 880 mindən çox videonu silib.

AFN.az xəbər verir ki, platforma İcma Qaydalarına əməl olunmasına dair hesabata əsasən, 2025-ci ilin ikinci rübündə Azərbaycanda icma qaydalarının pozulmasına görə 880 mindən çox video silinib. Ümumi sayın 99,4%-i platforma tərəfindən proaktiv şəkildə — yəni şikayət daxil olmadan əvvəl müəyyən edilərək — silinib. Videoların 98%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib ki, bu, dünya üzrə orta göstəricilərdən yüksəkdir. Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib.

Eyni zamanda, 2025-ci ilin ikinci rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar təxminən 190 milyon videoçarx platformadan silinib. Videokontentin 99,1%-i proaktiv şəkildə, 94,4%-i isə paylaşım edildikdən sonra 24 saat ərzində silinib. 90%-dən çoxu hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən edilərək silinib.

TikTok-da həmçinin bu ilin birinci rübü ilə müqayisədə dünya üzrə dayandırılmış LIVE yayımların sayında artım müşahidə olunur. Bu artım platformanın moderasiya texnologiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Apellyasiya nəticəsində bərpa olunan yayımların sayı isə cüzi artıb ki, bu da tədbirlərin daha dəqiq və effektiv tətbiq olunduğunu göstərir.

Bundan başqa, platforma birbaşa yayımlarda təhlükəsizliklə bağlı daha çox məlumat açıqlayır. 2025-ci ilin ikinci rübündə TikTok dünya üzrə monetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım və 1 040 356 yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar və demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərə kontentlərini düzəltməyə imkan yaradır; qayda pozuntuları davam edərsə, müəllifin monetizasiya funksiyasına müvəqqəti məhdudiyyət qoyula bilər. Platforma gələcək hesabatlarda birbaşa yayımların təhlükəsizliyi ilə bağlı məlumatları da açıqlayacaq.

Seçilən
22
25
afn.az

10Mənbələr