AZ

İsraildən HƏMAS liderləri ilə bağlı AÇIQLAMA: “İmkan verməyəcəyik”

İsrailin müdafiə naziri İsrael Kats HƏMAS hərəkatının rəhbərliyinə qarşı sərt bəyanatla çıxış edib.

KONKRET.az-ın xəbərinə görə, nazir bildirib ki, terror təşkilatı HƏMAS-ın heç bir lideri, nə kostyum geyinənlər, nə də tunellərdə gizlənənlər immunitetə malik olacaq.

Kats bu fikirləri HƏMAS-ın Dohada yerləşən siyasi rəhbərliyinə istinadla səsləndirib. O, həmçinin qeyd edib ki, İsrail ordusuna HƏMAS-ın bütün hədəflərinə qarşı qətiyyətlə hərəkət etmək əmri verilib.

Nazirin sözlərinə görə, İsrail hökuməti terrorun kökünü tamamilə məhv etmək niyyətindədir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
25
1
konkret.az

2Mənbələr