AZ

Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər

Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər məlum olub.

Publika.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, həmin şirkətlər partiyaya sədrlik uğrunda mübarizə aparan Elçin və Günay Ağamalılara aiddir.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Elçin Ağamalının qanuni təmsilçisi olduğu iki şirkət vardır ki, bunlar "La Vida" və "Altus" Məhdud Məsuliyyətli Cəmiyyətlərdir. 2005-ci ildə 5 saylı Ərazi Vergilər İdarəsində 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmış "La Vida" hazırda passiv vergi ödəyicisidir. Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev.67/71, m.114-də yerləşir. Şirkətə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2021 və 2022-ci illərdə hər il üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilib.

"Altus" MMC isə 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 112, m. 10-da yerləşir. "Altus" şirkətinin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3923.19 manat vergi borcu da mövcuddur. Bundan əlavə, şirkətə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2011, 2013, 2015-2017, 2020-2025-ci illərdə hər il üzrə 40 manat (2022-ci ildə isə iki hal üzrə 80 manat) maliyyə sanksiyası tətbiq edilib.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Milli Məclisin deputatı Günay Ağamalı isə "Buta" körpələr evi-uşaq bağçasının qanuni təmsilçisidir. "Buta" 2011-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb və hazırda passiv vergi ödəyicisidir. Hüquqi ünvanı paytaxtın Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 12 D, 999-cu məhəllədə yerləşir. Bağçaya Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2013, 2014, 2016, 2021 və 2023-ci illərdə müvafiq olaraq, 120, 80, 40, 40, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Seçilən
14
7
publika.az

8Mənbələr