Müasir dövrdə uşaqların sağlamlığının qorunması valideynlər və həkimlər üçün əsas prioritetlərdən biridir. Xüsusilə payız-qış mövsümündə qrip və digər virus infeksiyalarının sürətlə yayılması uşaqlarda xəstəlik riskini artırır.
Bəs bu səbəbdən uşaqlara qrip əleyhinə vaksinasiya məsləhətdir?
Redaktor.az-a danışan pediatr Qoşqar İsmayılov qeyd etdi ki, uşaqlar üçün peyvəndlər mövcuddur:

"Qrip viruslarına qarşı "Vaxigrip" adlı peyvənd var, bu da uşaqlara tətbiq edilir. Düzdür, məcburi peyvənd yoxdur, amma uşaqlara bunun tətbiqi məsləhətlidir", - deyə həkim vurğuladı.
Aytəkin TOFİQQIZI