AZ

Suraxanıda yol polisi 17 sürücünü saxladı; 4 nəfərə cərimə yazıldı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bu gün Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində profilaktiki tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edib. Yoxlamalar zamanı 17 nəqliyyat vasitəsindən ixrac olunan zəhərli qazın miqdarı yoxlanılıb. Nəticədə cəmi 4 sürücünün qaydaları kobud şəkildə pozduğu aşkarlanıb. Onların barəsində inzibati qaydada cərimə tətbiq edilib. Zəhərli qazların miqdarı normadan bir az artıq olan sürücülərə isə xəbərdarlıq olunub.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli nəqliyyat vasitələrini saz vəziyyətdə saxlayan sürücülərlə maarifləndirici söhbət aparıb və onlara təşəkkür edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.

Sürücülərlə söhbət zamanı məlum olub ki, sürücülər avtomobillərinin sazlığına vaxtında qulluq və qaydalar çərçivəsində idarə etməklə nail olublar.

“KIA” markalı nəqliyyat vasitəsini daim saz vəziyyətdə saxlayan sürücü digərlərinə maşını normalar çərçivəsində idarə etməyi və ona vaxtında texniki qulluğu tövsiyə edib.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
avtosfer.az

1Mənbələr