AZ

1/8 finala adlayan daha üç klub müəyyənləşdi - Azərbaycan Kuboku

BAKI, 29 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Teleqraf xəbər verir ki, nəticədə 1/8 finala adlayan son komandalar da müəyyənləşəcək.

2-ci oyun gününə nəzərdə tutulan 6 matçdan artıq bəziləri yekunlaşıb.

"Sumqayıt" "Zaqatala"nı mübarizdən kənarlaşdırıb. "Şahdağ Qusar" "Şimal", "Difai" isə "Xankəndi" səddini keçib.

Bu gün həmçinin "Neftçi" MOİK-i qəbul edəcək."Şamaxı" "Səbail"lə, "Qəbələ" "Mingəçevir"lə üz-üzə gələcək.

29 oktyabr (çərşənbə)

14:00. “Şimal” – “Şahdağ Qusar” - 0:2

Qollar: S.Əliyev, 102, S.Ağalarov, 119
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Şamaxı OİK stadionu

14:00. “Xankəndi” – “Difai” - 1:2

Qollar: E.Quliyev, 45+2 - M.Musazadə, 61, B.Qurbanov, 71
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Ağsu şəhər stadionu

14:00. “Zaqatala” – “Sumqayıt” - 0:3

Qollar: A.Ramalinqom, 8, N.Əhmədzadə​​​​​​​, 34, A.Yankoviç, 85
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Zaqatala OİK stadionu

Seçilən
25
3
teleqraf.com

10Mənbələr