AZ

Müasir Avropa cazının tanınmış siması Antuan Pyer Bakıda master klass keçib FOTO

ain.az, Apa.az saytına istinadən bildirir.

Müasir Avropa caz səhnəsinin ən dinamik simalarından hesab edilən belçikalı barabançı, bəstəkar və ansambl rəhbəri Antuan Pyer (Antoine Pierre) Azərbaycan Milli Konservatoriyasında master klass keçib.

APA xəbər verir ki, Antuan Pyer musiqi hissələri ifa edərək master klassın detallarını praktikada nümayiş etdirib, eyni zamanda, yaradıcılığı barədə auditoriyanı məlumatlandırıb.

Milli Konservatoriyanın tələbələri nağara ifa edərək belçikalı sənətçini Azərbaycanın milli musiqisi ilə tanış ediblər, daha sonra isə baraban və nağaranın sintezi ilə mini konsert baş tutub.

Antuan Pyer adının Azərbaycan dilində yazılışını çox bəyəndiyini də dilə gətirib.

“Yazılışı bu cür dəyişməyi düşünürəm”, - o əlavə edib.

Master klassa tamaşa edənlər arasında Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon da olub.

Qeyd edək ki, Antuan Pyer Bakı Cazz Festivalında iştirak etmək üçün Azərbaycana gəlib. O, “URBEX”, “URBEX Electric” və “Next.Ape” kimi yenilikçi layihələrin rəhbəridir. Bu layihələrdə o, müasir cazı rok, elektron və ambient ünsürlərlə birləşdirir. Antuan Pyer “Jazz Middelheim”, “North Sea Jazz” və “Gent Jazz” kimi aparıcı Avropa festivallarında səhnə alaraq canlı çıxışları ilə böyük rəğbət qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
apa.az

3Mənbələr