AZ

Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto

Məşhur
Oliviya Uayld və Pedro Paskal

Məşhur aktrisa və rejissor Oliviya Uayld Hollivudun tanınmış rejissoru, ssenarist Toni Qilroyun yeni kino layihəsində - "Suayğırı" filmində Pedro Paskal, David Harbour və Eva Viktor ilə birlikdə rol alacaq. Bu, aktrisanın 2022-ci ildəki fantastik janrda çəkilmiş "Narahat olma, əzizim!" filmindən sonra ilk böyük ekrana çıxışı olacaq.

Reyting.az
xəbər verir ki, filmin süjeti Los-Anceles şəhərinə dönən violonçel ifaçısından bəhs edir.

Məlumata görə, ekran əsərindəki hadisələr musiqi strukturu üzərindən yeni formada təqdim olunacaq.

"World Of Reel" nəşri yazır ki, "Suayğırı" adlanan yeni filmin çəkilişləri bu həftə başlayacaq və kinoteatrlarda nümayişi 2026-cı ilin payızına planlaşdırılıb.


Rejissor Toni Qilroy

Oqtay QORÇU
Seçilən
22
1
reyting.az

2Mənbələr