AZ

ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişdi

BAKI, 29 oktyabr. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı fikirlərim son altı ayda dəyişib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

Bununla belə, o, dəqiq proqnoz verməkdən imtina edib.

Vitse-prezident “New York Post” qəzetinə müsahibəsində bildirib: “Əgər siz bunu altı ay əvvəl məndən soruşsaydınız, söyləyərdim ki, onlar heç vaxt mübarizəni dayandırmayacaqlar”.

Vens hesab edir ki, gələcək nizamlanma ilə bağlı konkret proqnozlar vermək çətindir: “Amma hər iki tərəf resurslarının azalma nöqtəsinə çatıb”.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp müharibənin diplomatik üsullara dayandırılması mövqeyinə sadiqdir.

“Co Bayden dövrü ilə müqayisədə Prezident Trampın dönəmində vəziyyət kəskin şəkildə dəyişib”, - Ceyms Devid Vens vurğulayıb.

Seçilən
34
teleqraf.com

1Mənbələr