AZ

Zaxarova: Putin-Tramp görüşü buna görə pozuldu

BAKI, 29 oktyabr. TELEQRAF

“Planlaşdırılan Rusiya-ABŞ görüşləri yayılan dezinformasiyalar, sızmalar və Qərb mediasında anonim mənbələrə istinadla yazılan xəbərlər nəticəsində pozulub”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bütün bunları gördük və müşahidə etdik, Rusiya–Amerika təmasları ilə bağlı məsələlər müzakirə olunurdu, dərhal dezinformasiya, sızmalar, “adı açıqlanmayan mənbələrə istinadla xəbərlər” və sair başladı”, - o bildirib.

Mariya Zaxarova əlavə edib ki, saxta mənbələr real mənbələri əvəzləyib, sitatlar isə şüarlara çevrilib: “İndi əsas meyar yalnız dünyanın müəyyən elita dairələrinin maraqlarına xidmət etmək olub”.

Xatırladaq ki, bundan öncə Budapeştdə ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında planlaşdırılan görüşün ləğv edilməsi barədə məlumat yayılıb.

Seçilən
34
teleqraf.com

1Mənbələr