"O, gec-tez İngiltərə millisinin ən yaxşı oyunçusu olacaq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola rəhbərlik etdiyi komandanın ehtiyat qapıçısı Ceyms Trafford barədə danışarkən deyib.
İspaniyalı mütəxəssis fikirlərini "şəhərlilər"in rəsmi saytına bölüşüb: "Yalnız onu deyə bilərəm ki, Ceyms bizimlə olduğu üçün şadıq. Trafford bizə Premyer Liqada və ya Çempionlar Liqasında lazım ola bilər. Bu səbəbdən də yüksək səviyyədə məşq etməli, şans qazanacağı anı gözləməlidir. Ceyms inanılmaz qapıçıdır".

Xatırladaq ki, MS Traffordu iyul ayının 29-da, 30,7 milyon avro qarşılığında "Börnli"dən transfer edib. Bu mövsüm İngiltərə nəhənginin forması ilə bütün turnirlərdə 4 matça çıxan 23 yaşlı qolkiper 4 qola üzülüb.
Nihat