AZ

Qarabağ Çelsi ilə oyununa 1000 manata bilet satılır

ain.az bildirir, sport24.az portalına istinadən.

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) oyununun biletləri satışa çıxıb. Sport24.az xəbər verir ki, satışa saat 15:00-da start verilib.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
24
sport24.az

10Mənbələr