Aktual.az Azerisport.com saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qonaq azarkeşlər üçün 3 sektor ayrılıb.
Bildirilib ki, Böyük Britaniyadan Bakıya 1300-ə yaxın azarkeşin gələcəyi gözlənilir.
Bu da Azərbaycan klublarının iştirak etdiyi avrokubok matçlarında nadir hallarda rast gəlinən mənzərədir.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də saat 21:45-də başlayacaq. Üç turdan sonra "Çelsi" ilə "Qarabağ" hərəyə 6 xal toplayaraq, müvafiq olaraq 11-ci və 13-cü yerlərdə mövqe tutublar.