AZ

BDU və Beynəlxalq Türk Akademiyası əməkdaşlıq memorandumu imzalayıb - FOTO

Bakı Dövlət Universiteti və Beynəlxalq Türk Akademiyası arasında elm, təhsil, mədəniyyət və gənclik sahələrində əməkdaşlığı gücləndirən anlaşma memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, sənəd Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı çərçivəsində BDU-nun rektoru Elçin Babayev və Akademiyanın prezidenti Şahin Mustafayev tərəfindən imzalanıb.

Memorandum türk xalqlarının tarixi, dili və mədəniyyətinin öyrənilməsi, ortaq elmi layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, həmçinin süni intellekt, iqlim dəyişmələri və enerji təhlükəsizliyi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Seçilən
24
qht.az

1Mənbələr