AZ

Almaniya Kansleri Türkiyəyə səfər edəcək

Almaniya Federal Kansleri Fridrix Merz Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu gün Ankaraya gələcək olan Fridrix Merz ilə Ərdoğan arasındakı görüş ilk dəfə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən elan edilib.

İki lider arasında hansı mövzuların müzakirə olunacağı isə maraq doğurur. Görüşün gündəmində Almaniyadan deportasiya olunması planlaşdırılan, lakin Türkiyə tərəfindən geri qəbul edilmədiyi üçün gözləmədə olan 22 mindən çox türk vətəndaşının məsələsi ön sırada yer alır.

"Dw.com.tr"saytında yer alan xəbərə görə, may ayında vəzifəyə gələn Merts hökuməti indiyə qədər 614 türk vətəndaşını deportasiya edib. 

Hökumət, “Almaniyadan ayrılması lazım olanların əksəriyyəti Türkiyə mənşəlidir” deyərək geri qəbul əməkdaşlığının inkişaf etdirilməsini prioritet hesab edir.

Federal Miqrasiya və Qaçqınlar İdarəsinin məlumatına görə, sentyabr ayının sonuna olan statistikaya əsasən 22 min 560 türk vətəndaşı deportasiya olunmağı gözləyir.

Bildirilib ki, iclasın gündəliyinə Avropa İttifaqına (AI) üzvlük və Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) proqramı da daxil edilib.

Avropa Şurası tərəfindən 27 may 2025-ci ildə qəbul edilən SAFE proqramı, Avropa müdafiə sənayesini dəstəkləmək üçün nəzərdə tutulmuş Aİ-nin yeni maliyyə aləti kimi müəyyən edilib. Türkiyənin iştirakı üçün bütün Aİ üzv dövlətlərinin təsdiqi tələb olunur.

Seçilən
16
cebheinfo.az

1Mənbələr