AZ

Bəzi çoxmərtəbəli binalarda daxili yanğın kranlarının vəziyyəti qənaətbəxş olmur - FHN rəsmisi (MÜSAHİBƏ)

Bakı.Trend:

Son illər ölkəmizdə sənaye, tikinti və məişət sahələrində yanğıntəhlükəsizliyinə diqqət daha da artıb. Lakin risklər hələ dəqalmaqdadır. Gündəlik həyatımızda baş verən kiçik ehtiyatsızlıqlarbəzən böyük fəlakətə çevrilə bilir. Məhz bu səbəbdən FövqəladəHallar Nazirliyinin Dövlət Yanğına Nəzarəti Xidmətinin işi xüsusiəhəmiyyət daşıyır. Yanğınların qarşısının alınması, profilaktiktədbirlər və mövsümi risklər barədə daha çox öyrənmək üçün DövlətYanğına Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovnikiCəmil Xudiyevlə söhbətləşdik. FHN rəsmisinin Trend-lə olanmüsahibəsini təqdim edirik:

Cari ilin 9 ayı ərzində respublika ərazisində qeydəalınan yanğınların statistikası

Cəmil Xudiyev bildirib ki, cari ilin 9 ayı ərzində 1198 yanğınhadisəsi rəsmi statistikaya daxil edilib. Bu rəqəm 2024-cü ilineyni dövrü ilə müqayisədə azalma ilə qeydiyyata daxil olub. Beləki, 2024-cü ilin ilk 9 ayı ərzində 1217 yanğın hadisəsi baş veribki, bu da 2025-ci illə müqayisədə 19 faktın azalması deməkdir. Bu,yanğınlara nəzarət şəraiti baxımından bizim üçün qənaətbəxşvəziyyətdir.

FHN rəsmisi cari ilin 9 ayında yanğınlarda həyatını itirənvətəndaşların sayını açıqlayıb. O qeyd edib ki, bu ilin 9 ayımüddətində baş verən müxtəlif yanğınlarda təəssüf ki, 32 nəfərvətəndaşımız həlak olub.

"Bu göstərici 2024-cü ilin eyni dövründə 35 nəfər təşkil edirdi.Burada da 3 ölüm faktının azaldığı görülür. Ölüm faktıyla yanaşı,onu da diqqətə çatdırım ki, 2025-ci ilin ötən dövrü ərzindəqeydiyyata alınmış 11908 yanğın hadisəsində 132 nəfər vətəndaşımızxəsarət alıb. 2024-cü ilin eyni dövründə isə 162 nəfər xəsarətalmışdı. Bu statistikada 30 xəsarətalma faktının da azaldığımüşahidə olunur. Ölüm faktları əsasən çoxmənzilli yaşayışbinalarında baş verib. 32 ölüm hadisəsindən 3-ü çoxmənzillibinalarda, 22-si fərdi yaşayış evlərində, 4-ü fərdi evin yardımçıtikilisində,1-i minik avtomobilində, 2-si isə qeyri-yaşayışsahəsində isə baş verib.

Səsləndirdiyimiz obyektlərdən bizim nəzarət fəaliyyətimizəyalnız qeyri-yaşayış obyektləri düşür. Digər qeyd etdiyim obyektlərisə Dövlət Yanğına Nəzarət Xidməti tərəfindən yoxlanılmır. Bizimxidmətimiz qeyri-yaşayış sahələri ilə münasibətdədir. Görülən budurki, nəzarət çərçivəsinə düşən sahədə ölüm faktının sayı 2nəfərdir".

Dövlət Yanğına Nəzarəti Xidməti nə zaman evlərə baxışkeçirə bilər?

C. Xudiyev bildirib ki, “Yanğın təhlükəsizliyi haqqında”Azərbaycan Respublikasının qanununda, o cümlədən mülki məcəllədəmənzil toxunulmazlığı deyilən anlayış var. Mənzilin mülkiyyəthüququ vətəndaşa məxsus olduğu üçün ora daxil olmaq istənilən haldabaş tutan fəaliyyət deyil.

"Bu haqda “Mənzil məcəlləsi”ndə də qeyd edildiyi kimi, həminmənzildə yanğın və ya hər hansı təhlükəsizlik məsələləri ilə bağlıməlumat olarsa, o zaman səlahiyyət dairəsi hansı orqana uyğundursa,həmin obyektə baxış keçirə bilər. Mənzillərə və fərdi yaşayışobyeklərinə baxışlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynarxəttinə gələn şikayət və müraciətlərə əsasən həyata keçirilir".

O, qış fəslində insanların yaşayış evlərində yanğıntəhlükəsizliyinə necə əmək etməli olduqlarını da açıqlayıb.

"Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğına Nəzarət Xidmətirespublika ərazisində, xüsusilə yaşayış sektorunda yanğıntəhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə müvafiq əmrimzalayıb. Əmr xidmətin aidiyyəti struktur bölmələrinə göndərilib.Yerli periferiyada olan əməkdaşlarımız tərəfindən çoxmənzilliyaşayış binalarında yoxlamalar aparılır və aşkar olunan pozuntularagörə balans mənsubiyyətçilərinə müvafiq məzmunlu tələbnamələr dəverilir.

Yanğın təhlükəsizlik qaydalarında fərdi evlər, mehmanxalar,qarajlar və ictimai binlarla qüvvədə olan YTQ 022002 nömrəliqaydamız var. Bu qaydanın 1.2-ci yarımbəndində yaşayış binaları iləmünasibətdə kimlərin cavabdehlik daşıdığı tam aydın təsbit olunub.Dövlət Yaşayış Fonduna xidmət göstərən binalarda həmin binalarınmülkiyyətçiləri, həmçinin köhnə binalarla münasibətdə mənzilkommunal istismar idarələri(hansı ki hazırda MKİS-lər həminbinalara müvafiq xidmətlər göstərirlər), Mənzil TikintiKorporativləri ilə münasibətdə sədrlər məsuliyyət daşıyırlar”, -deyə o bildirib.

FHN rəsmisi həmçinin əlavə edib ki, aparılan araşdırmalardabinaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmaması,elektrik təsərrüfatının elektrik qurğularının tələblərinə uyğunquraşdırılmaması, o cümlədən vətəndaşlar tərəfindən müxtəlifüsullarla qaz xətlərinin yerlərinin dəyişdirilməsi kimi hallar daortaya çıxır:

"Həmçinin vətəndaşlarımız binaların həyətyanı sahələrindəyerləşən yanğın su hovuzlarının vəziyyətinə müdaxilə edirlər.Bununla yanğınsöndürmə əməliyyat şəraiti çətinləşdirilir.

Bəzi hallarda çoxmərtəbəli binalarda daxili yanğın kranlarınınvəziyyəti qənaətbəxş olmur. Bu kranlar bəzən tamkompleksləşdirilmir, bəzən də içərisində lazım həddə olan su təzyiqaltında olmur. Binaların havabasıcı və tüstüsorucu sistemləri bizistismara qəbul etdikdə işlək vəziyyətdə olur, sonradan isə texnikixidmətin aparılmadığı məlum olur. Həmçinin, su, yanğın nasoslarınınişlək vəziyyətdə olması tələb olunan vəziyyətə uyğun gəlmir. Bukimi qayda pozuntularında inzibati resurslardan istifadə edirik,nöqsanların aradan qaldırılması üçün tələbnamələr veririk.Nöqsanlar aradan qaldırılmadıqda yerli icra hakimiyyəti orqanlarıqarşısında məsələ qaldırırıq, MKİS-lərə müraciət edirik".

O, neft, qaz və sənaye obyektlərində təhlükəsizlik qaydalarınanecə nəzarət edildiyini də açıqlayıb.

"Neft-qaz sənayesi dövlətimizin iqtisadi potensialının anasütunudur. Bu növ obyektlər yanğın təhlükəli obyektlərkateqoriyasına aiddir. Burada hadisələr həcminə və yayılma imkanınagörə digər obyektlərlə müqayisədə daha risklidir. Buradakırisklərin idarəolunması üçün əməkdaşlarımız tərəfindən diqqətlinəzəri yoxlamalarımız aparılır. Dövlət Yanğına Nəzarət Xidimətitərəfindən ilin ilk altı ayında diqqətli, ikinci altı ayında isənəzəri yoxlamalar keçirdilir. Yoxlamalar bəzən komissiya, bəzənhəmin obyektin yanğın təhlükəzisliyinə cavabdeh olan əməkdaşlarınıniştirakıyla aparılır. Aparılan müayinələr isə tikinti norma vəqaydalarının, o cümlədən qüvvədə olan yanğın təhlükəsizlikqaydalarının yanğına qarşı tələblərinin yerinə yetirilməsisəviyyəsini müəyyən etmək istiqamətində olur. Respublika ərazisindənöqsan aşkar edilməyən obyektlərimizin sayı 5-6% faizhəcmindədir.

Yanğın təhlükəsizlik qaydalarının pozuntusu ilk növbədə inzibatiməsuliyyət yaradır. Aşkar olunan pozutuların aradan qaldırılmasıüçün sahibkara, müəssisə rəhbərinə dövlət inspektoru tərəfindəntələbnamə verilir. Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirintətbiq olunması ən son zərurət həddidir", - deyə C.Xudiyev əlavəedib.

FHN rəsmisi sahibkarların fəaliyyətinin hansı hallardaməhdudlaşdırıldığına da aydınlıq gətirib:

"İnsan həyat və sağlamlığına, dövlətin əmlak maraqlarına, ətrafmühitə birbaşa təhlükə aşkar edilərsə bu zaman aşkar ediləntəhlükənin qarşısının alınması üçün sahibkarın fəaliyyətinəməhdudlaşdırıcı tədbirin tətbiqini həyata keçiririk. Həmin tədbirsahibkar ona qarşı qəbul olunan qərarda təsbit edilən pozuntularıaradan əsaslı şəkildə qaldırırsa və dövlət nəzarəti aparan qurumaməlumat verirsə, tərəfimizdən sahibkarın verdiyi məlumatyoxlanılır, fakt təsdiqini taparsa, dərhal qəbul edilən qərarqüvvədən düşür. Bununla da həmin obyektin təhlükəsiz istismaredilməsinə bilavasitə nail ola bilirik".

O bildirib ki, aparılan yoxlamaların nəticələrinə istinad etsək,aşkar olunan nöqsanların sayının çoxluğunu nəzərə alsaq, yanğınsöndürmədə erkən xəbərdarlıq sistemlərinin tam həcmdə ölkəni əhatəetmədiyini görə bilərik. Mərhələli şəkildə dövlət nəzarətiçərçivəsində yanğın söndürmə sistemlərinin quraşdırılmasıprosesləri getməkdədir.

Cəmil Xudiyevin sözlərinə görə, rəqəmsallıq FHN üçün dəprioritetdir.

"Sahibkarlara, müəssisələrə sürətli xidmət göstərilməsiməqsədilə internet resursları vasitəsilə, sosial şəbəkə iləəlaqələrin qurulması istiqamətində işlər görülüb. Proses həmçinininkişaf etdirilir. Bundan başqa FHN-in böhran vəziyyətdə idarəetməmərkəzinin “112” çevik reaksiya xidməti də mövcuddur. HəmçininFHN-in böhran vəziyyətdə idarəetmə mərkəzinin kameraları daha böyükəraziləri müşahidə altına alıb. Hətta vətəndaşlardan öncə belə bukameralar tüstülənməni aşkar edib və bununla da yanğının vaxtında,ən lokal vəziyyətdə qarşısının alınmasına nail olunub. Bununla damaddi ziyan minimum endirilir, insan itkisinin qarşısı alınır", -deyə o bildirib.

Əksər təzə tikililərin məhdud ərazidə, bir-birinə yaxıntikilib. Bu da fövqəladə hadisə baş verdikdə FHN maşınlarınınəraziyə daxil olmasında çətinlik yaradır.

FHN rəsmisi qeyd edib ki, bina və qurğuların yanğıntəhlükəsizliyi ilə əlaqədar tikinti normaları mövcuddur:

"Burada da qeyd edilir ki, binaların yanğın əleyhinə araməsafəsi ən az 6 metrdən başlanır. Binaların 5 odadavamlılıqdərəcəsi mövcuddur. Yanğına ən çox davamlı olan birinci tipodadavamlılıq dərəcəsidir. Adətən çoxmənzilli binalarımızdaodadavamlılıq dərəcəsi 2 və 3 halında olur. Çünki birinci tipodavamlılıq dərəcəsi binanın bütünlükdə dəmir beton konstruksiyadanibarət olmasını tələb edir. İkinci və üçüncü tip odadavamlılıqdərəcəsində isə pəncərə, qapı boşluğu və sair kimi məsələlərolduğuna görə, odadavamlılıq dərəcəmiz yumşalır. Birinci və üçüncüodadavamlılıq dərəcəsi olan binalar arasında ən azı 6 metr məsafənəzərdə tutulub. Binalar tikilmədən öncə layihələndirilir və hökmənyanğın təhlükəsizlik tələblərinə riayət olunması baxımından “Yanğıntəhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun 24-cümaddəsində qeyd edildiyi kimi hökmən DYNX ilərazılaşdırılmalıdır.

Layihədə baş plan ətrafında görülən bina və qurğularlamünasibətdə ilk olaraq ara məsafələrə baxırıq. Binaya yanğınavtomobillərinin yanalma imkanları da xüsusi nəzərdən keçirilir.Həmçinin 10 mərtəbəni keçən binada daxili kranların quraşdırılmasızərurətdir. Fövqəladə Hallar Nazirliyi yaranandan layihələndirməməsələsində qeyd etdiyim hər bir detala xüsusi nəzarət olunur.Tikinti üçün layihə razılaşdırılır, bina tikilir, yekunlaşır.Bundan sonra isə razılaşdırdığımız layihədə nəzərdə tutulan yanğınəleyhinə tələblər yerinə yetirilib və ya əksinə icra edilməyib kimidetallarla da diqqət etdikdən sonra binanın istismarına icazəverilməsi ilə bağlı akt imzalanır. Nazirlik bu mövzuda çox ciddimövqe ortaya qoyur".

Onun sözlərinə görə, yanğın əleyhinə normativlərə əhəmiyyətqoymadan tikilən binalarda yaşayan vətəndaşlara gələcəkdə mülkiyyəthüququnun tanınması ilə bağlı Dövlət Əmlak Komitəsindənçıxarışların əldə olunması prosesində istismara icazənin verilməsimərhələsində yanğın təhlükəsizliyinə cavab verməsi haqqında aktolmadıqda aidiyyəti qurum o sənədi vermir:

"Bizə bununla bağlı xeyli şikayətlər daxil olur. Bu səbədənvətəndaşlarımız binalardan mənzil alarkən diqqətli və detallıaraşdırma etməlidirlər".

Cəmil Xudiyev Qarabağ və Şərqi Zəngəzurda baş verən yanğınlarbarədə də danışıb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş bölgələrdə son 5 ildə477 maarifləndirmə tədbiri aparılıb, 7500-dən çox insanın yanğıntəhlükəsizliyi sahəsində maarifləndirilməsinə nail olunub.

"İşğaldan azad edilən ərazilərdə aparılan tikinti işlərininlayihələri paytaxtda diqqətlə nəzərdən keçirilir. Qarabağ və ŞərqiZəngəzurda əsasən açıq ərazilərdə yanğınlar baş verib. Həminərazilərdə obyektlərdə baş verən yanğınlar cüzi faiz təşkil edir.Əməkdaşlarımız təhlükəsizlik baxımından minalanmış ərazi təhlükəsiolan yerlərdə xidmət apara bilmirlər. Bu, əməyin təhlükəsizliyibaxımından da yolverilməzdir".

FHN rəsmisi həmçinin bildirib ki, binaların giriş-çıxış yollarıüzərində şlaqbaumların quraşdırılması yanğın təhlükəsizlikqaydalarının pozuntusu ilə nəticələnir.

"Şlaqbaumun açılması, idarə edilməsi bir insanın iradəsinəhəvalə edilibdirsə, əraziyə yanğın avtomobili gələrkən həmin maneəyanğın obyektinə FHN maşınlarının yaxınlaşmasında ciddi vaxtitkisinə səbəb olur. Bu növ məhdudiyyətlər yanğınların inkişafıüçün tələb olunan münbit şəraitin formalaşmasına xidmət edir.Yanğında hər dəqiqənin hökmü var. Nazirlər kabinetinin 143 nömrəliqərarına əsasən, xüsusi və mühüm əhəmiyyətli obyektlərin ərazisininfiziki mühafizəsi məqsədilə mühəndis kommunikasiya qurğularınıntətbiqi ilə bağlı normativlər mövcuddur. Bu normaya əsasən qeydedilən ərazilərdə fiziki sahənin mühafizəsi üçün avtomatikçəpərləmə mexanizmi olan şlaqbaunun quraşdırılmasına yol verilir.Onun idarəetmə pultu isə nəzarət buraxılış məntəqəsində olmalıdır.Övladlarımızı maşınvurma təhlükəsindən qoruduğunu düşündüyümüzşlaqbaumlar və digər avadanlıqlar baş verən yanğında bir sırafəsadlara səbəb ola bilər", - deyə Cəmil Xudiyev qeyd edib.

Seçilən
21
1
az.trend.az

2Mənbələr