AZ

8 Noyabr dövlətçilik tariximizdə ən böyük zəfər, ən parlaq nailiyyətdir

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cəbrayıl rayonununHorovlu kəndində sakinləri ilə görüşündə Azərbaycan xalqının 44günlük Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkib, bununlabağlı maraqlı fikirlər səsləndirib. Müzəffər Ali Baş Komandanbildirib ki, 8 Noyabr zəfəri Azərbaycan tarixinin ən parlaqsəhifəsidir.

Trend-əaçıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədri, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərininyalnız hərb tariximizdə deyil, bütövlükdə dövlətçilik tariximizdəən unikal hadisə olduğunu bildirib:

“8 Noyabr zəfəri xalqımızın həyatında mühüm yer tutan,dövlətimizin və dövlətçiliyimizin yalnız bugününə deyil, həm dəgələcəyinə bilavasitə təsir göstərən böyük bir zəfər, misilsiz birqələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləSilahlı Qüvvələrimizin cəmi 44 gün içərisində əldə etdiyi bu tarixizəfər ərazi bütövlüyümüzlə yanaşı, həm də milli-mənəvi dəyərlərsistemimizi, xalqımızın özünə, öz gücünə və qəhrəmanlığına olaninamını hifz etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanAzərbaycan əsgər və zabitinin əldə etdiyi bu qələbə göstərdi ki,Azərbaycan yalnız Ermənistana deyil, ona dəstək verən, onunişğalçılıq siyasətini təqdir edən bütün anti-Azərbaycan qüvvələrinəqalib gəlməyə, bu şər ittifaqını darmadağın etməyə qadirdir.

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Horovlu kəndindəsakinləri ilə görüşündə 8 Noyabr zəfərini Azərbaycan tarixinin ənparlaq səhifəsi adlandırması da bu böyük qələbənin zamana sığmayanönəmindən xəbər verir.

Qarşıdan böyük zəfərin 5-ci ildönümü yaxınlaşır. Bu əlamətdargün münasibətilə bütün xalqımızı təbrik edir, şəhid vəqazilərimizin qarşısında hörmətlə baş əyir, böyük sərkərdəmizPrezident İlham Əliyevə bütün veteranlar adından öz dərintəşəkkürümüzü bildirirəm. Əminliklə vurğulayıram ki, veteranlarımızbugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin vəPrezidentimizin ətrafında sıx birləşməkdə davam edəcək, bütünanti-milli, anti-Azərbaycan qüvvələrinin hər bir təxribatınalayiqincə cavab verəcək”.

Seçilən
20
5
az.trend.az

6Mənbələr