AZ

İlin əvvəlindən indiyədək 7 platforma operatorunun lisenziyası ləğv edilib

BAKI, 29 oktyabr. TELEQRAF

Cari ilin ilk 9 ayı ərzində Audiovizual Şura tərəfindən 6 audiovizual media subyektinə lisenziya verilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Şuradan məlumat verilib.

Bildirilib ki, 1 sadə platforma operatoru (“İdealnet”), 2 universal platforma operatoru (“Azueronet”, “Araznet”), 2 ümumölkə yerüstü radio yayımçısı (“Planet FM”, “Dalğa FM”), 1 peyk yayımı həyata keçirməyən platforma yayımçısı (“TV1”) lisenziyası verilib.

Həmçinin, 7 platforma operatorunun (“Beeonline”, “Azeri TV”, “Qafqaznet”, “Sweet TV”, “Eurosel”, “Azeurotel”, “Baktelecom”) lisenziyalarının ləğv edildiyi bildirilib.

Seçilən
39
teleqraf.com

1Mənbələr