AZ

Astarada faciə: Dünən toyu olan 17 yaşlı gəlin dünyasını dəyişdi - FOTOlar

Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.

7News.Az xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub.

Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ə.İ.nin hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 
 

Seçilən
33
40
7news.az

10Mənbələr