BAKI, 29 oktyabr. TELEQRAF
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhətində irəliləyiş var.
Bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
O qeyd edib ki, atası yaxın günlərdə xəstəxanadan evə buraxılacaq: “Atamın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir. O, artıq normal qidalanmaya keçib. Bir aydır ki, fizioterapiya məşqləri davam edir. İnşallah yaxın günlərdə evə buraxılacaq".
Qeyd edək ki, Vaqif Vəliyev sentyabrın 26-da ağır sepsis, septik şok, ağciyərlərin hər ikisində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
 
                        