AZ

Peskov Putin və Əliyevin Düşənbə görüşü barədə yeni açıqlama verdi: “Rusiya və Azərbaycan arasında dialoq...”

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Düşənbədə keçirilən ikitərəfli görüş Kreml tərəfindən yüksək qiymətləndirilib.

Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərin sualını cavablandırarkən bildirib.

Peskov qeyd edib ki, Rusiya və Azərbaycan liderlərinin görüşü “əhəmiyyətli və konstruktiv məzmunlu” olub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib: “Bu görüş mühüm idi. Prezident Putin və Prezident Əliyev müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi apardılar. İkitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir və bu, Rusiya tərəfindən yüksək qiymətləndirilir.”

Kremlin rəsmisinin sözlərinə görə, iki ölkə arasında müxtəlif səviyyələrdə ciddi və sistemli iş aparılır, Moskva və Bakı daimi siyasi dialoq şəraitində qarşılıqlı əməkdaşlığı gücləndirir.

“Biz Azərbaycan tərəfi ilə çoxsaylı formatlarda — həm iqtisadi, həm təhlükəsizlik, həm də nəqliyyat və humanitar sahələrdə – sıx təmasdayıq. Dialoq davam edir və bu, həm Moskva, həm də Bakı üçün vacib istiqamətdir.”

Moderator.az xatırladır ki, Rusiya və Azərbaycan prezidentlərinin Düşənbə görüşü Tacikistan paytaxtında keçirilən MDB Dövlət Başçılarının Sammiti çərçivəsində baş tutub. Bu, iki liderin son bir ildə ilk dialoqu idu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
moderator.az

4Mənbələr