AZ

Sarkisyan onu Paşinyanın yerində baş nazir görmək istəyir

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"David Hambardzumyanın işi üzrə hökm hələ qüvvəyə minmədiyi üçün Paşinyana qarşı etimadsızlıq səsverməsi pozula bilməz".Modern.az xəbvər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan jurnalistlərə bildirib. O deyib ki, vəkillər hökmdən apelyasiya şikayəti verəcəklər və bu müddət ərzində David Hambardzumyanın bütün hüquqları qorunur.

"Buna görə də, David Hambardzumyan impiçment prosesi zamanı baş nazirliyə namizədimiz olaraq qalır", - deyə o bildirib.

Hambardzumyanın həbsinin bu proseslə əlaqəli olub-olmadığı soruşulduqda, Sarkisyan cavab verib ki, xeyr, bu, təkcə həmin prosesə görə deyil, həm də onun mövqeyinə görədir.

Partiyanın Paşinyanın vəzifədən kənarlaşdırılması üçün nəzərdən keçirdiyi digər variantlara gəldikdə, eks-prezident deyib:"İmpiçment prosesini irəli aparmaqdan başqa planımız yoxdur. Kiminsə başqa planları və ya təklifləri varsa, onları eşitməkdən məmnun olarıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
modern.az

2Mənbələr