Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti qatarlarının maşinistləri 37 dəfə təcili tormozlama ediblər ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb.
Moderator.az xəbər verir ki, bu barədə ADY QSC məlumat yayıb.
Bildirilib ki, hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub.
"Xatırladaq ki, bu cür məsuliyyətsiz hərəkətlərlə qatarlara ziyan vuranlar Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunurlar", - deyə qurumdan bildirilib.
 
                        