AZ

Yaponiyanın yeni baş naziri və Si Cinpin danışıqlar aparacaq

Yaponiyanın yeni baş naziri və Si Cinpin danışıqlar aparacaq

Yaponiyanın yeni baş naziri Sanae Takaiti və Çin prezidenti Si Cinpin Takaiti vəzifəyə başladıqdan sonra ilk danışıqlarını qarşıdan gələn APEC sammiti çərçivəsində keçirmək niyyətindədirlər.

AFN.az "Kyodo" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Yaponiya hökumətindəki mənbələr danışıqların 31 oktyabra planlaşdırıldığını bildiriblər.

28 oktyabrda Yaponiyanın yeni xarici işlər naziri Toşimitsu Motegi və onun çinli həmkarı Vanq Yi ilk telefon danışığını aparıblar. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər ortaq strateji maraqlara əsaslanan qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsinə və konstruktiv və sabit münasibətlərin qurulmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Takaiti 21 oktyabrda Yaponiyanın baş naziri vəzifəsinə başlayaraq, ölkə tarixində bu vəzifəni tutan ilk qadın olub.

APEC sammiti 31 oktyabrdan 1 noyabra qədər Cənubi Koreyanın Gyeongju şəhərində keçiriləcək.

Seçilən
29
afn.az

1Mənbələr