Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-nin Çikaqo şəhərindən Almaniyanın Frankfurt şəhərinə uçan reys zamanı 28 yaşlı Praneeth Kumar Usiripalli yemək zamanı çəngəldən istifadə edərək iki sərnişini yaralayıb və kabin heyətinə hücum edib.
Missiya.Az xəbər verir ki, hadisə təyyarə havaya qalxdıqdan iki saat sonra baş verib.
Səs-küyü eşidən stüardessalar və sərnişin onu nəzarət altına alıblar. Təyyarə təhlükəsiz şəkildə Boston Loqan Beynəlxalq Hava Limanına enib.
Prokurorlar Usiripallini “təhlükəli silahdan istifadə edərək sağlamlığa ciddi xəsarət yetirmək”də ittiham edib. Təyyarə Bostona endikdən sonra sərnişin həbs olunub. Əgər günahı sübuta yetirilərsə, ona 10 ilə qədər həbs və 250.000 dollara qədər cərimə gözləyir.
Seyranə QuliyevaMissiya.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.