AZ

AFFA nın millimizə gətirmək istədiyi futbolçu Rusiya yığmasında

ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA-nın Azərbaycan milli komandasına cəlb etmək istədiyi Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın gənclərdən ibarət yığmasına çağırılıb.

Tribunainfo.az xəbər verir ki, o, Rusiya yığması İran, Qırğızıstan və Bəhreynin U-23 komandaları ilə qarşılaşmalara dəvət alıb. Oyunlar noyabrın müvafiq olaraq 12-də, 15-də və 18-də keçirləcək.

Qeyd edək ki, əslən azərbaycanlı olan 21 yaşlı vinger “Dinamo”nun yetirməsidir. Ülvi Babayev “Dinamo”nun Rusiya Kubokunda “Krilya Sovetov”la keçirdiyi matçda het-trik edib. O, daha əvvəl Rusiyanın U-15 və U-16 millilərində ümumilikdə 9 oyun keçirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
tribunainfo.az

2Mənbələr