AZ

Rumıniya PUA istehsalına başlayır VİDEO

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə "Carfil" silah istehsalı şirkətinin baş direktoru Mirça Petru Tançeu "Digi24" telakanalına açıqlamasında məlumat verib. Diqqətə çatdırıb ki, yerli PUA istehsalı "bu sahədə başqa ölkələrdən asılılığı aradan qaldırmaq" məqsədi daşıyır. O həmçinin bildirib ki, noyabrın 2-də ABŞ hərbi mütəxəssisləri Rumıniyaya gələcək, yerli kadrlara PUA operatorluğu üzrə təlimlər keçəcəklər. Birgə istehsal çərçivəsində ilkin mərhələdə "Cuda" kəşfiyyat PUA-sı və "Sirin" hücum PUA-sı ərsəyə gətiriləcək. "Sirin"in təqribən 15 kiloqram partlayıcı maddə daşıya biləcəyi vurğulanır. Müəssisə cari ilin sonunadək bu növ PUA-dan 10 ədəd hazırlayacaq. Layihə üzrə sonrakı mərhələlərdə hazırda prototipləri hazırlanan ümumilikdə 7 növ PUA-nın istehsalı nəzərdə tutulur. Aparatların istehsal xərcləri ictimayyətə açıqlanmayıb. Məlumat üçün bildirək ki, Avropada silahlanmanı sürətləndirmək məqsədilə Avropa Komissiyası plan hazırlayaraq, 2030-cu ilədək hərbi investisiyalar üçün 800 milyard avro kredit ayırıb. Bu plan üzrə Rumıniya 16,68 milyard avro vəsait alıb. Avropa İttifaqı müdafiə qabiliyyətinin artırılmasını "Rusiya təhlükəsi" ilə əlaqələndirir. Hərçənd rəsmi Moskva belə bir iddiaya qarşı dəfələrlə öz etirazını bildirib.

Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
azvision.az

3Mənbələr