AZ

“Mercedes Benz” şirkətinin mənfəəti 70 faiz azalıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Berlin, 29 oktyabr, AZƏRTAC

“Mercedes-Benz” şirkəti bu ilin üçüncü rübündə mənfəətinin əhəmiyyətli dərəcədə azaldığını açıqlayıb.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, şirkətin operativ mənfəəti iyul-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalaraq 750 milyon avro təşkil edib.

Ümumi mənfəət 30 faiz azalaraq 1,2 milyard avro, dövriyyə isə 7 faiz azalaraq 32,1 milyard avro olub. Gəlirlərdəki geriləməyə Çində satışların azalması, ABŞ-ın idxal rüsumlarını artırması və səmərəlilik tədbirləri ilə bağlı əlavə xərclər təsir göstərib.

“Mercedes” üçüncü rübdə 525,3 min avtomobil satıb ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 12 faiz azdır. Cari ilin ilk doqquz ayında ümumi satış həcmi 9 faiz azalaraq 1,6 milyon avtomobilə düşüb.

Şirkət istehsal xərclərinin və sabit xərclərin 2027-ci ilədək 10 faiz azaldılmasını planlaşdırır. Çin və ABŞ bazarlarında tələbatın zəifləməsi, Avropada iqtisadi durğunluq və çip tədarükündəki risklər şirkətin satış göstəricilərinə əlavə təzyiq yaradır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
5
azertag.az

6Mənbələr