ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 oktyabr, AZƏRTAC
“SOCAR Green” bərpaolunan enerji mənbələri ilə bağlı layihələrə yerli bazar iştirakçılarını cəlb etməyə çalışır. Amma bu proses ərzində görürük ki, bəzi çətinliklər var. Bu çətinliklərdən ən önəmlisi yerli bankların risk “iştahası”dır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Green” MMC-nin Maliyyə departamentinin direktoru Rza Nağıyev 13-cü Beynəlxalq “Caspian Energy Forum”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda bankların əksəriyyətinin depozit portfeli daha çox qısamüddətlidir ki, bu da onların uzunmüddətli layihələri maliyyələşdirməsinə mane olan əsas faktorlardan biridir.
“Yaşıl kapitalın cəlb olunmasında ən əsas prinsiplərdən biri ICMA – “International Capital Market Association” prinsipləridir. Bu özlüyündə müəyyən tələblər ehtiva edir. Məsələn, Azərbaycan bazarında hazırda üçüncü tərəf müstəqil qiymətləndiricilər yoxdur və bu da “greenwashing” risklərini artırır”, - deyə o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        