Məşhur "Marakana" stadionu satışa çıxarılır.
Offsideplus.az xəbər verir ki, bu barədə yerli hakimiyyət qərar qəbul edib.
Arenanın saxlanılması üçün xərcləri azaltmaq və regionun 1,89 milyard avro məbləğində olan borcunun bir hissəsini ödəmək məqsədi ilə bu addımın atıldığı bildirilir.
Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən stadion 78 min azarkeş tutumuna malikdir.