Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanova həyatını itirib. Yeniyetmə qızın toy mərasimindən sonra səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya açıqlamasında bildirib ki, toy mərasimində iştirak edən hər iki gənc Dolu kənd sakini olub: "Onlar qeydiyyatda Astarada olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər. Qız 7 aylıq hamiləymiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər. Toy oktyabrın 28-i saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib”.
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
11:09
Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq saraylarının birində toyu olub.
Toydan sonra o özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Ə.İ.-nin hamilə olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.