AZ

Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Füzuliyə gəliblər

Füzuli. Trend:

Azərbaycan Respublikası və Belarus Respublikası arasındaiqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası KomissiyanınAzərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov vəBelarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçinrəhbərlik etdikləri nümayəndə heyəti işğaldan azad olunan Füzulirayonuna səfər edib.

Trend-inyerli müxbiri bildirir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarındaAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi EminHüseynov Füzuli Beynəlxalq Hava Limanında qonaqlara aeroporthaqqında ətraflı məlumat verib.

Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan FüzuliBeynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilənhava gəmisini qəbul etmək imkanı var. Diqqətə çatdırılıb ki,işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuqişləri davam edir. Füzuli şəhərində yaşayış məhəlləsi salınıb vəkeçmiş məcburi köçkünlər doğma yurda qayıdır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqıadından hədiyyə olaraq inşa edilən Füzuli şəhər Mirzə Uluqbəy adınatam orta məktəb, qazax xalqının Azərbaycan xalqına hədiyyəsi olanKurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında da məlumatverilib. Qeyd edilib ki, Füzuli şəhərində hazırda mərkəzi xəstəxanavə Peşə Təhsil Kompleksi tikilir. Dövlətyarlı kəndinin tikintisiisə sürətlə davam edir. Füzuli şəhərində ikinci və üçüncü yaşayışkomplekslərinin tikintisinə bu ilin sonu və gələn ilin əvvəlindəstart veriləcək. Yaxın vaxtlarda şəhərin mərkəzi parkınıntikintisinə başlanılacaq. Pirəhmədli kəndinin tikintisinə isə yenibaşlanılıb və 2026-cı ilin sonuna kimi tamamlanacaq.

Sonra nümayəndə heyəti Ağdam rayonuna yollanıb.

Seçilən
33
23
az.trend.az

10Mənbələr