Bakı. Trend:
Bu gün Dünya Bankı Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadiİcmalını təqdim etmişdir. Hesabat ölkənin makroiqtisadigöstəriciləri və perspektivləri barədə ətraflı məlumatı təqdimedir.
Trend xəbərverir ki, Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı (AÖİİ) ildə iki dəfədərc olunacaq hesabatdır və ölkədəki son iqtisadi hadisələri vəperspektivləri əhatə edir. Hər hesabat iki hissədən ibarət olacaq:birinci hissədə son iqtisadi meyllərin təhlili və orta müddətliperspektivlər və risklər müzakirə olunacaq, ikinci hissədə isəkonkret siyasət məsələsi dərindən araşdırılacaq.
Azərbaycan son on ildə qlobal və regional sarsıntılara qarşıəhəmiyyətli dayanıqlılıq nümayiş etdirmişdir. Rəqabət Məcəlləsininqəbulu, əhəmiyyətli vergi islahatları, lisenziya və icazələrinalınması prosedurlarının sadələşdirilməsi, əmək münasibətlərindəşəffaflaşma və biznes mühitindəki çağırışların həlli istiqamətindəatılan digər addımlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsindəmühüm rol oynamışdır.
Ölkədə reallaşdırılan iqtisadi islahatlar, Cənubi Qafqazdastrateji mövqeyi və zəngin enerji resursları güclü iqtisadi artımıvə yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin etmişdir.Hökumətin makroiqtisadi sabitliyə verdiyi önəm ölkəyədəyişkənliklərə — o cümlədən 2015-ci ildəki neft qiymətləri şoku vəCOVID-19 pandemiyası — qarşı mübarizə aparmağa, fiskal və xariciticarət profisitlərini, aşağı dövlət borcunu və əhəmiyyətlimakroiqtisadi ehtiyatları qoruyub saxlamağa imkan vermişdir.
Son təhlil göstərir ki, 2025-ci ilin ilk yarısında neft-qazsektorunda 3,2%-lik daralma müşahidə olunsa da, qeyri-neftsektorunda artım 3,9%-ə təşkil edib. Tikinti, nəqliyyat, İKT vəpərakəndə ticarət sahələrində fəaliyyət normallaşıb. Kəndtəsərrüfatı və turizm sahələri artım tempini qoruyub saxlayıb.
İyun ayının sonuna doğru daxili və xarici təzyiqlərin azalmasıilə inflyasiya bir qədər aşağı düşüb və illik inflyasiya 4.8%-əenib. Bu göstərici Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun(4 ± 2%) mərkəz nöqtəsinə yaxındır.
Xarici və fiskal balanslar əhəmiyyətli profisitlərlə malikdir,baxmayaraq ki, neft-qaz gəlirlərinin azalması bu göstəriciləri birqədər zəiflədib. Makroiqtisadi ehtiyatlar güclü olaraq qalır:Dövlət Neft Fondu (ARDNF) ehtiyatları 13,2% artaraq 65 milyard ABŞdollarına (ÜDM-in 88%-i) çatıb, Azərbaycan Mərkəzi Bankınınehtiyatları isə 11,5 milyard ABŞ dollarına yüksəlib ki, bu da 5,6aylıq idxala bərabərdir.
Gələcəyə baxışda, iqtisadi artımın 2025–2027-ci illər arasındaorta hesabla 1.7% səviyyəsində qalacağı proqnozlaşdırılır. Bu, neftqiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi iləbağlıdır. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağıgözlənilir. Risklərə uzunmüddətli aşağı artım və enerjiqiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərəqarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıqiqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsisəylərinin uğuruna bağlı olacaq.
Bu buraxılışın xüsusi mövzusu qeyri-neft sektorunainvestisiyalar və onun artımına təsir edən məsələlərdir.İnvestisiya səviyyələri ÜDM-in təxminən son illərdə 20%-dəkhissəsini təşkil edir. Bu, əsasən, neft-qaz gəlirlərinin azalmasıfonunda dövlət investisiyalarının azalması ilə bağlıdır. Yerli özəlinvestisiyalar əsasən daxilə yönəlmiş sahələrdə — məsələn, tikinti— cəmlənib.
Özəl sektorun potensialından faydalanmaq üçün hesabat strukturislahatlarının vacibliyini vurğulayır. Bu islahatlar siyasətsabitliyinin artırılması, bərabər rəqabət mühitinintəkmilləşdirilməsini, maliyyə resurslarına çıxışıngenişləndirilməsi və məhkəmə sisteminin gücləndirilməsini əhatə edəbilər.
Bu ilk Ölkə İqtisadi İcmalı siyasət müzakirələriniməlumatlandırmaq, sübuta əsaslanan qərarların qəbulunu dəstəkləməkvə müxtəlif maraqlı tərəflər arasında iş yerlərinin yaradılması vəməhsuldarlığın artırılması yolları üzrə dialoqu təşviq etməkməqsədi daşıyır.