AZ

“Dayanmaq qadağandır” nişanının təsir zonasında qanuni parklama 

Özbəkistanın iri şəhərlərində maraqlı qayda tətbiq edilir. 

Avtosfer.az xəbər verir ki, “dayanmaq qadağandır” nişanının təsir zonasında parklamaya icazə verilir. Lakin, bir şərt var.
Gündüz saatlarında hərəkətin sıx olduğu vaxtlarda bu nişanın təsir zonasında parklama istisna edilir. Qayda pozan avtomobil kənarlaşdırılır, sürücü cərimələnir. Məqsəd nəqliyyat axınının intensivliyini qorumaqdır.

Saat 23.00-dan sonra hərəkət seyrəldiyi üçün “dayanmaq qadağandır” nişanı qüvvədən düşür. Bu ərazidə sürücülər avtomobillərini pulsuz şəkildə parklaya bilərlər.

Təbii ki, bütün nişanlar eyni qüvvədə deyil. Gecə saatlarında parklamaya icazə verilən ərazilərdə nişanın altında saat da göstərilir. 

Ümumilikdə son 1 ildə Özbıəkistan yol hərəkətinin təşkilində Avropa təcrübəsindən geniş istifadə edir. Berlə bir qayda bir çox avropa şəhərində tətbiq edilir.

Vüqar

Seçilən
11
1
avtosfer.az

2Mənbələr