AZ

Bu il xəbərdarlıq alan, efiri dayandırılan kanalların adları açıqlandı

Cari ilin ilk 9 ayı ərzində bir sıra pozuntulara görə, xüsusilə də ayrıseçkiliyin təbliğinə yol verə biləcək yayımlara görə "Space TV", "Xəzər TV", "ARB" kanallarına, müstəsna yayım hüququnun pozulmasına görə “Space TV” kanalına rəsmi xəbərdarlıq verilib.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, bundan başqa, qeyd olunan müddət ərzində yenə də ayrı-seçkiliyin təbliğinə görə, "Kanal S" televiziya kanalının efirində proqramların yayımı 24 saatlıq müddətə (4 aprel 2025-ci il tarixdə), "Space TV" televiziya kanalının efirində proqramların yayımı isə 6 saatlıq müddətə (16 sentyabr 2025-ci il tarixdə) müvəqqəti dayandırılıb.

Seçilən
17
2
publika.az

3Mənbələr