Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Serbiya Milli Assambleyanın sədr müavini Covan Canciç deyib.
“Prezident İlham Əliyevin səfərinin baş tutacağını gözləyirik. Bundan sonra Serbiya Prezidenti Aleksandar Vuçiç də Azərbaycana səfər edəcək", - Covan Canciç bildirib.
 
                        