AZ

Özbəkistan Ali Məclisi Senatının komitə sədri: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük uğurlar əldə edib

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasını Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə təbrik edirəm. Bu, böyük əhəmiyyət daşıyan bir gündür. Bu, xalqın ürəyində böyük iftixar hissi yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Ali Məclisi Senatının Məhkəmə-hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Abdulhakim Eşmuratov Milli Məclisdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük uğurlar əldə edib. Ölkədə islahatlar həyata keçirilir. Demokratik dəyələrin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işlər heyranlıq doğurur. Azərbaycan və Özbəkistan tarixən bir-birinə yaxın dost ölkələrdir. Bizi ortaq tarix, mənəvi, mədəni dəyərlər, eləcə də çox illik qardaşlıq birləşdirir.

Seçilən
45
2
azertag.az

3Mənbələr