Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçilər - Abbasov Rəfael Sultan oğlu, Əliyev Əliyar Fərrux oğlu, Bayramov Azər Zirəddin oğlu və Mehdiyev İlham İmdad oğlunun nəşinin qalıqları ailələrinə təhvil verilib.
APA-nın xəbərinə görə, bu gün şəhidlərlə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidlərin nəşinin qalıqları Suraxanı rayonu, “Dədə Qorqud” Şəhidlər Xiyabanında dəfn olunub.