AZ

​Əmrah Bakıda niyə ağlayıb? FOTO

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Üç gün əvvəl Bakı Konqres Mərkəzində azərbaycanlı pərəstişkarları ilə bir araya gələn türkiyəli müğənni Əmrahın Bakı konserti qardaş ölkədə müzakirələrə səbəb olub. Türkiyə mətbuatı 54 yaşlı müğənninin geyimini və davranışlarını geniş müzakirə edib.

Metbuat.az xəbər verir ki, sevilən sənətçinin Azərbaycan paytaxtındakı geyimi sərt tənqid olunub. Türkiyəli jurnalistlər ağ idman ayaqqabısının müğənninin ağ saçlarına yaraşmadığını yazıblar.

Əmrah Ərdoğanın konsert zamanı tez-tez kövrəlməsi, hətta göz yaşlarını boğa bilməməsi də diqqətdən kənarda qalmayıb. Türkiyə mediası bunu Bakıda müğənniyə xüsusi münasibətin göstərilməsi ilə izah edib.

“Sürətlə qocalan və dəbdən düşən Əmrah Bakıda heyranlarının sevgi selinə düşdü. Uzun müddətdir səhnədən kənarda qalan, öz ölkəsində çoxlarının unutduğu müğənni qardaş Azərbaycanda özünə qarşı bu sevgi və diqqəti gördüyü üçün göz yaşlarını saxlaya bilmədi”, - deyə Türkiyə mətbuatı yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
2
metbuat.az

3Mənbələr