ABŞ-nin birinci xanımı Melaniya Trampın Ağ Evdə Halloween bəzəklərini nümayiş etdirdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə fotonu X-də yerləşdirib.
Ağ Evin arxası rəngli yarpaqlardan ibarət çələnglərlə bəzədilib. Balqabaqlar da meydançaya səpələnmişdi və binanın üzərinə “Halloween 2025” yazılmış lövhə asılıb.
ABŞ Prezidentinin həyat yoldaşı fotonun altına "Ağ Ev Halloween bayramına hazırlaşır" yazıb.
 
                        