AZ

Lukaşenko Ərdoğanı və Türkiyə xalqını Respublika Günü münasibətilə təbriketdi

Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı və türk xalqını Respublika Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus mətbuat xidməti məlumat yayıb.

Lukaşenko Ankaranın Minsk üçün etibarlı tərəfdaş olduğunu qeyd edib və ikitərəfli əlaqələrin çoxşaxəli və səmərəli xarakterini vurğulayıb. O, Türkiyənin həm regionda, həm də qlobal miqyasda sülhün və sabitliyin qorunmasında mühüm rol oynayaraq innovasiya və islahatlar yolunu davam etdirdiyinə inanıb.

Belarus lideri ikitərəfli əlaqələrin gələcək inkişafının hər iki ölkə xalqlarının rifahı naminə əlaqələrin dərinləşməsinə və intensivləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
14
2
redaktor.az

3Mənbələr