AZ

Azərbaycan dünyada uğurlu dövlət olduğunu nümayiş etdirib Serbiyalı deputat

ain.az, Olke.az saytına istinadən bildirir.

30 il əvvəl qəbul edilmiş Azərbaycan Konstitusiyası güclü və inkişaf edən dövlətin təməli oldu.

Ölkə.az xəbər verir ki, bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç Milli Məclisdə keçirilən beynəlxalq konfransda bildirib.

"Konstitusiyanın qəbulu istənilən ölkə üçün mühüm siyasi və sosial hadisədir. Konstitusiya dövlətin quruluşunu müəyyən edir və hakimiyyətin bütün qollarının fəaliyyətinin əsasını qoyur. Bu gün biz burada Azərbaycan Respublikasının əsas qanununun 30 illiyini qeyd etmək üçün toplaşmışıq", - o vurğulayıb.

Vitse-spikerin sözlərinə görə, hazırkı yubiley xüsusi əhəmiyyətə malikdir, çünki Azərbaycan 30 il ərzində dünyada öz nüfuzunu möhkəmləndirmiş uğurlu, dinamik inkişaf edən dövlət olduğunu nümayiş etdirib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
olke.az

3Mənbələr