AZ

Lənkəranda kino günləri keçiriləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) noyabrın 3-dən 6-dək Lənkəran şəhərində film nümayişlərini həyata keçirəcək.

"Yeni Sabah" xəbər verir ki, 4 gün ərzində tamaşaçılar Mirsadıq Ağazadənin “Eviniz abad”, Qulu Əsgərovun “Mən burdayam, İlahi!”, İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Adıgözəlin “Biləsuvar” tammetrajlı bədii filmləri, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı”, Pərviz Həsənovun “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli filmləri, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi” bədii qısametrajlı filmlərini izləyə biləcəklər.


Telegram kanalımız
Seçilən
12
2
yenisabah.az

8Mənbələr