AZ

Çində oğru özünü taxta yeşiklə evə göndərib

Çində çox qəribə bir oğurluq hadisəsi baş verib. Kişi qadının evinə girmək üçün özünü taxta yeşiyin içinə salıb və kuryer xidməti ilə həmin evə göndərib.

AzPost xəbər verir ki, məlumata görə, Çjao adlı şəxs bu üsulu filmlərdən görüb və sınaqdan keçirmək qərarına gəlib. O, yeşiyin içinə girərək onu yaşayış binasına çatdırmaq üçün sifariş verib.

Kuryer yeşiyi binanın dəhlizinə qoyandan sonra, oğru içəridən çıxıb və evinə gedən qadını izləyib. Daha sonra qadını mənzilə zorla salaraq seyfi açmağa məcbur edib.

Oğru ümumi çəkisi 230 qram olan qızıl-zinət əşyalarını və 2 min yuan (təxminən 30 min manat) dəyərində pulu götürüb.

Hadisədən sonra qadına yuxu dərmanı içirib və evdəki izləri silmək üçün bir neçə saat vaxt sərf edib. Sonra yenidən yeşiyin içinə girərək kuryer çağırıb və binanı tərk edib.

Polis onu cəmi on gün sonra saxlayıb. Çjao dindirmə zamanı “məni bu qədər tez tapacaqlarını gözləmirdim” deyib.

Hadisə Çində geniş müzakirəyə səbəb olub və sosial şəbəkələrdə insanların təəccübünə yol açıb.

AzPost.az

Seçilən
81
1
azpost.info

2Mənbələr