Türkiyənin Kocaeli vilayətinin Gebze şəhərində altı mərtəbəli bina uçub.
Paytaxt.org xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
"Beş vətəndaşımızın dağıntılar altında qaldığı güman edilir", - deyə o bildirib.
Hadisə yerində 80 AFAD əməkdaşı da daxil olmaqla 147 xilasedici çalışır.
"A Haber"in məlumatına görə, binanın yaxınlığında metro tikintisi işləri aparılırdı.
 
                        